Ermənistan məhsulları Rusiyaya buraxılmadı

Ermənistan məhsulları Rusiyaya buraxılmadı
24.08.2025 09:00 Dünya

Rusiyaya ixrac edilən Ermənistan kənd təsərrüfatı məhsulları geri qaytarılıb.

TodayPress TV xəbər verir ki, bu barədə Ermənistan parlamentinin deputatı Qarnik Danielyan sosial media hesabında paylaşım edib.

O bildirib ki, Gürcüstan vasitəsilə Rusiyaya ixrac edilən kənd təsərrüfatı məhsulları ilə dolu yük maşınları Ermənistana geri qaytarılıb.

Belə ki, sürücülər keçidə icazə verilməməsinə "fitosanitar problemlər"in səbəb göstərildiyini deyiblər.

Deputat digər yüklərlə, xüsusilə tikinti materialları ilə olan avtomobillərin də ciddi yoxlamaya məruz qaldığını deyib.

O vurğulayıb ki, hakimiyyət hadisəyə adekvat reaksiya verməyib və vəziyyət təkcə iqtisadi deyil, həm də siyasi xarakter daşıyır.

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər