Ermənistan KTMT-dən kənarlaşdırıldı
Rusiya Xarici İşlər Nazirliyində Ermənistanla Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində əməkdaşlığın dayandırıldığı açıqlanıb.
TodayPress TV xəbər verir ki, Rusiya XİN-in MDB ölkələri üzrə Birinci departamentinin direktoru Mikael Aqasandyan bildirib ki, hazırda KTMT xətti ilə Ermənistanla hərbi, hərbi-texniki və digər sahələrdə qarşılıqlı fəaliyyət həyata keçirilmir.
O, İrəvana KTMT çərçivəsində hərbi-texniki təchizat məsələlərində güzəştli şərtlərin tətbiq edilib-edilməməsi ilə bağlı suala cavabında bunu qeyd edib.
“Hazırda KTMT xətti ilə Ermənistanla hərbi, hərbi-texniki və digər sahələrdə əməkdaşlıq həyata keçirilmir”, - deyə Aqasandyan bildirib.
Bununla belə, diplomat Ermənistanla müvafiq sahələr üzrə əməkdaşlığın ikitərəfli əsasda davam etdirildiyini vurğulayıb.
Kübra Musayeva