Ermənistan KTMT-dən çıxarılır? - Bu tarixdə müzakirə olacaq

Ermənistan KTMT-dən çıxarılır? - Bu tarixdə müzakirə olacaq
04.08.2026 11:07 Dünya

Ermənistanın KTMT orqanlarında səsvermə hüququndan məhrum edilməsi qərarı iştirakçı ölkələrin ümumi razılığını tələb edəcək.

TodayPress TV xəbər verir ki, bunu Rusiyanın KTMT-dəki daimi nümayəndəsi Viktor Vasilyev deyib.

“KTMT Nizamnaməsinin 25-ci maddəsi təşkilata iki illik maliyyə borcu olduqda, iştirakçı dövlətin səs vermək və nümayəndələrini irəli sürmək hüququnun dayandırılması ehtimalını nəzərdə tutur. KTMT Kollektiv Təhlükəsizlik Şurasının növbəti sessiyası noyabrın 11-də Moskvada keçiriləcək və dövlət liderləri bu məsələni müzakirə edəcəklər. Lazım gələrsə, bu barədə qərar konsensus yolu ilə qəbul ediləcək”, - o bildirib.

Qeyd edək ki, Ermənistan 2024-cü ildə KTMT-dəki iştirakını dondurub.

TodayPress TV

XƏBƏR LENTİ
04 AVQUST 2026
Bütün Xəbərlər