Ermənistan Hindistanla yeni əməkdaşlıq planları hazırlayır
Dünya
26.01.2026 11:32
“Ermənistan Hindistanla yeni iddialı təşəbbüslər inkişaf etdirməyə hazırdır”.
TodayPress TV xəbər verir ki, bu fikirləri Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Respublika Günü münasibətilə hindistanlı həmkarı Subrahmanyam Cayşankara ünvanladığı təbrik məktubunda yazıb.
"Ermənistan Hindistanla əməkdaşlığın bütün sahələrində yeni təşəbbüslər irəli sürməyə və münasibətlərimizi yeni səviyyəyə qaldırmağa hazırdır", - deyə nazir bildirib.
Eyni zamanda, Ermənistanın Baş nazir Nikol Paşinyan Hindistanın Baş naziri Narendra Modiyə təbrik mesajı göndərib.
"Əminəm ki, birgə səylər nəticəsində dost ölkələrimizin və xalqlarımızın rifahı naminə ikitərəfli siyasi dialoqu və əməkdaşlığı yeni səviyyəyə qaldıra biləcəyik", - deyə Paşinyan bildirib.
Qeyd edək ki, yanvarın 26-da Hindistanda Konstitusiyanın qəbul edilməsinə həsr olunmuş Respublika Günü qeyd olunur.
Aysel Mətləb
tag: Ermənistan,Hindistan,Əməkdsaşlıq,İnkişaf,Todaypress.tv,
