Ermənistan general‑mayoru vəzifəsindən azad etdi
Ermənistan Müdafiə Nazirliyi general‑mayor Artak Tonoyanın Müdafiə Nazirinin müşaviri vəzifəsindən azad edildiyini rəsmi şəkildə təsdiqləyib.
TodayPress TV xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
“General‑mayor Artak Tonoyan öz ərizəsinə əsasən Ermənistan Silahlı Qüvvələrinin ehtiyat hissəsinə buraxılıb. Bu, onun uzunmüddətli hərbi xidmətinin bitməsi və pensiyaya çıxması ilə əlaqədardır”, - deyə bildirilib.
Xatırladaq ki, bir müddət əvvəl Artak Tonoyanın oğlu Artashes Tonoyanın da azadlıqdan məhrum edildiyi açıqlanmışdı. O, 24 yaşlı şəxsin qətlə yetirilməsi ilə əlaqədar istintaqa cəlb olunub.
Töhfə Səməd