Ermənistan Azərbaycana rəsmi dəvət göndərəcək

Ermənistan Azərbaycana rəsmi dəvət göndərəcək
26.01.2026 20:20 Dünya

Ermənistan Azərbaycanın COP17-də iştirakını təmin etmək üçün yaxın vaxtlarda rəsmi dəvət göndərəcək.

TodayPress TV xəbər verir ki, bu barədə Ermənistanın ətraf mühit naziri Ambartsum Matevosyan məlumat verib.

Nazirin sözlərinə görə, BMT-nin Biomüxtəliflik Konvensiyası Tərəflərinin 17-ci Konfransının (COP17) keçirilməsi ilə bağlı bildirişlər artıq Konvensiyanın 196 üzv ölkəsinə göndərilib və növbəti mərhələdə rəsmi dəvətlər təqdim olunacaq.

Qeyd edək ki, COP17 bu il oktyabrın 18–30-da Ermənistanda keçiriləcək.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər