Ərdoğanın 11 il əvvəl dediyi bu sözlər gerçəkləşdi
Suriyada Suriya Demokratik Qüvvələrinin (SDQ/SDF) özünü buraxması fonunda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2015-ci ildə verdiyi açıqlama yenidən gündəmə gəlib.
TodayPress TV xəbər verir ki, Ərdoğan həmin vaxt dünyaya müraciət edərək Türkiyənin Suriyanın şimalında və Türkiyənin cənubunda terrorçu dövlətin yaradılmasına heç bir halda imkan verməyəcəyini bildirmişdi.
“Bunun nəyə başa gəlməsindən asılı olmayaraq, Suriyanın şimalında və Türkiyənin cənubunda terrorçu dövlətin yaradılmasına heç vaxt imkan verməyəcəyik”, - deyə Ərdoğan vurğulamışdı.
Kübra Musayeva