Ərdoğandan İsrailə sərt mesaj: “Suriya xalqının yanındayıq”

Ərdoğandan İsrailə sərt mesaj: “Suriya xalqının yanındayıq”
17.07.2025 17:55 Dünya

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə görüşüb. O, İsrailin Suriyaya qarşı hücumlarını qəbuledilməz adlandırıb və bu təcavüzün bütöv region üçün təhlükə yaratdığını bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə məlumatı Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi yayıb.

Ərdoğan görüş zamanı İsrailin Suriya ərazisinə yönəlmiş hücumlarını kəskin şəkildə pisləyib və Türkiyənin bu günə qədər olduğu kimi, bundan sonra da Suriya xalqına dəstək verəcəyini vurğulayıb.

Prezident həmçinin Suriyada druz icması ilə əldə edilən atəşkəsin Türkiyə tərəfindən məmnuniyyətlə qarşılandığını qeyd edib.

Qiymət Mahir

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər