Ərdoğan və Oman Sultanı regional məsələləri müzakirə etdi

Ərdoğan və Oman Sultanı regional məsələləri müzakirə etdi
25.05.2026 19:10 Dünya

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Oman Sultanı Heysəm bin Tariq ilə telefon danışığı aparıb.

TodayPress TV xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin sosial şəbəkə hesabında paylaşım edilib.

Məlumata görə, Ərdoğan və Heysəm bin Tariq Türkiyə-Oman ikitərəfli münasibətlərini, həmçinin regional və qlobal məsələləri müzakirə ediblər.

Prezident Ərdoğan görüş zamanı regiondakı müharibənin yenidən alovlanmasının heç kimin xeyrinə olmadığını, diplomatik addımların dəstəklənməsinin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb və Türkiyə olaraq regiondakı qardaş ölkələrlə birlikdə qalıcı sülh naminə səy göstərdiklərini bildirib.

Türkiyə olaraq Fələstin torpaqlarında sülh və sabitliyin bərqərar olması üçün də çalışdıqlarını qeyd edən Ərdoğan, Fələstin xalqının hüquqlarını qorumaq naminə hər bir platformada əllərindən gələn dəstəyi verməyə davam edəcəklərini ifadə edib.

Ərdoğan, həmçinin Omman Sultanı Heysəm bin Tariqi Qurban Bayramı münasibətilə təbrik edib.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər