Ərdoğan Şimali Kiprə səfər edəcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sabah Şimali Kipr Türk Cümhuriyyətinə (ŞKTC) səfər edəcəyini bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə ölkə prezidentinin kommunikasiya rəhbəri Burhanəddin Duran sosial media hesabında paylaşım edib.
Duran qeyd edib ki, Ərdoğan səfər çərçivəsində ŞKTC Prezidenti Ersin Tatarla görüşəcək və Türkiyənin dəstəyi ilə həyata keçiriləcək bir sıra layihələrin təməlqoyma və açılış mərasimlərində iştirak edəcək.
Töhfə Səməd