Ərdoğan Papa XIV Leo ilə Ankarada rəsmi görüş keçirdi
Dünya
27.11.2025 17:15
Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyəyə rəsmi səfərə gələn Vatikanın dövlət başçısı Papa XIV Leo ilə Prezident Külliyəsində görüşüb.
TodayPress TV "TRT Haber"ə istinadən xəbər verir ki, Papa XIV Leo, Ankaraya çatdıqdan sonra ilk olaraq Anıtkabiri ziyarət edib, Atatürkün məzarına əklil qoyub və xatirə şəkli çəkdirib.
Prezident Külliyəsində keçirilən rəsmi qarşılama mərasimində Papa XIV Leo süvarilər tərəfindən müşayiət olunub, iki ölkənin himnləri səsləndirilib və fəxri qarovul dəstəsi salamlanıb. Ərdoğan və Papa XIV Leo nümayəndə heyətlərini təqdim etdikdən sonra təkbətək görüş keçiriblər. Görüş təxminən yarım saat davam edib, daha sonra heyətlərarası danışıqlar aparılıb.
Qeyd edək ki, günün sonunda Prezident Ərdoğan və Papa XIV Leo Prezident Milli Kitabxanasındakı Cihannüma Salonunda birgə çıxış edəcəklər. Səfərdə yüksək vəzifəli türk rəsmiləri də iştirak edir.
Jalə Rövşən
tag: Rəcəb Tayyib Ərdoğan ,Papa XIV Leo,Səfər ,Ankara,Todaypress.tv,
