Ərdoğan 2028-ci ildə yenidən namizəd olacaq? - RƏSMİ

Ərdoğan 2028-ci ildə yenidən namizəd olacaq? - RƏSMİ
03.08.2026 18:30 Dünya

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2028-ci ildə keçirilməsi planlaşdırılan prezident seçkilərində üçüncü dəfə namizəd olması hüquqi baxımdan mümkün hesab edilir.

TodayPress TV xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin baş hüquq müşaviri Mehmet Uçum açıqlama verib.

Onun sözlərinə görə, ölkədə ümumi seçkilərin 7 may 2028-ci ildə keçirilməsi nəzərdə tutulsa da, 16 aprel 2028-ci il tarixi təklif olunur və bu, hüquqi baxımdan növbədənkənar seçki hesab edilmir.

M. Uçum bildirib ki, parlament bu barədə qərarı 9–15 fevral 2028-ci il tarixləri arasında qəbul etməlidir.

TodayPress TV

XƏBƏR LENTİ
03 AVQUST 2026
Bütün Xəbərlər