Əraqçi və Uitkoff Cenevrədə görüşə bilər

Əraqçi və Uitkoff Cenevrədə görüşə bilər
23.02.2026 04:44 Dünya

İranın xarici işlər naziri Abbas Əraqçi fevralın 26-da Cenevrədə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffla görüşə bilər.

TodayPress TV xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.

Əraqçinin sözlərinə görə, İranın nüvə proqramı ilə bağlı Tehran və Vaşinqton arasında razılaşma əldə etmək mümkündür.

“Biz hər iki tərəfi qane edəcək bir həll üzərində çalışırıq. Düşünürəm ki, bu cümə axşamı Cenevrədə yenidən görüşəndə həmin elementlər üzərində işləyə, yaxşı mətn hazırlaya və tez bir zamanda sazişə gələ bilərik”, – deyə o bildirib.

Qiymət Mahir

 

XƏBƏR LENTİ
14 IYUN 2026
Bütün Xəbərlər