Əraqçi: "Nüvə sazişi sadələşdirilməli və sanksiyalar ləğv olunmalıdır"
"İranla ABŞ arasında nüvə razılaşması dinc xarakterli proqramın təsdiqi və sanksiyaların ləğvini əhatə edən sadələşdirilmiş formatda olmalıdır".
TodayPress TV xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi "CBS" telekanalına müsahibəsində deyib.
“Biz əsas məsələlər üzrə razılığa gələ bilərik: İranın nüvə proqramı dincdir və həmişə dinc qalacaq, eyni zamanda daha çox sanksiyalar ləğv olunacaq”, – deyə o bildirib.
Əraqçinin sözlərinə görə, Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) imzalanmasından 10 il ötüb və bu müddət ərzində İranın nüvə proqramı inkişaf edib.
Nazir, həmçinin vurğulayıb ki, Tehran nüvə proqramından imtina etmək niyyətində deyil və uranın zənginləşdirilməsi İslam Respublikasının suveren hüququdur.
Qiymət Mahir