Əraqçi ilə Uitkoff qeyri-rəsmi danışıqlar aparırlar
Dünya
26.01.2026 21:00
İranın xarici işlər naziri Abbas Əraqçi ilə ABŞ-nin xüsusi elçisi Stiv Uitkoff arasında mesaj mübadiləsi aparılır.
TodayPress TV xəbər verir ki, bunu İranın BMT-dəki səfiri və daimi nümayəndəsi Əli Bəhreyni deyib.
"Xarici işlər nazirimizlə Uitkoff arasında müxtəlif məsələlərlə bağlı qeyri-rəsmi fikir mübadiləsi aparılır, lakin bunları danışıqlar adlandırmaq çətindir", - deyə Bəhreyni bildirib.
Qeyd edək ki, 22 yanvarda ABŞ prezidenti Donald Tramp ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərinin "ehtiyat üçün" İrana doğru hərəkət etdiyini bildirib. Bundan əvvəl o, İrana hərbi müdaxilə variantının aradan qaldırılıb-qaldırılmadığı sualına qəti cavab verə bilməyib və yalnız gələcəkdə nələrin baş verəcəyini təxmin edə bilməyəcəyini bildirib.
tag: İran, XİN,Əraqçı, ABŞ, BMT, todaypress.tv,
