Əraqçi: "ABŞ arasında nüvə danışıqları bərpa oluna bilər"

Əraqçi: "ABŞ arasında nüvə danışıqları bərpa oluna bilər"
26.08.2025 22:50 Dünya

“Rəsmi Tehran ABŞ və İsrailin İrana hücumunun təkrarlanmayacağına əmin olarsa, nüvə dosyesi ilə bağlı Vaşinqtonla dolayı danışıqları bərpa etməyə hazırdır”. 

TodayPress TV xəbər verir ki, bu fikri “Asharq Al Awsat” qəzetinə müsahibəsində İranın xarici işlər naziri Abbas Əraqçi söyləyib. 

“Amerikalılar bu danışıqlar zamanı heç bir hərbi əməliyyata başlamayacaqlarına dair bizi əmin etsələr, biz ABŞ ilə dolayı danışıqlar aparmağa hazırıq. Biz zəmanət almalıyıq ki, bu,  hər iki tərəfin maraqlarına cavab verən və qarşılıqlı faydaya əsaslanan dürüst və ədalətli danışıqlar olacaq”, - deyə Əraqçi bildirib.

Nazirin sözlərinə görə, Amerikanın Fordo, Natanz və İsfahandakı nüvə obyektlərinə hücumu, öz ərazisində uranın zənginləşdirilməsi hüququnu müdafiə etməyə davam edən İranın mövqeyinə təsir etməyib:  “İsrail bizə hücum edəndə danışıqlar tam sürətlə gedirdi, bundan sonra Amerika da onlara qoşuldu. Ona görə də hər hansı yeni danışıqlar baş tutarsa, şübhəsiz ki, əvvəlkilər kimi olmayacaq”. 

Qeyd edək ki, İsrail iyunun 13-nə keçən gecə İrana qarşı hərbi əməliyyata başlayıb. ABŞ münaqişənin gərginləşməsindən 9 gün sonra İranın Fordo, Natanz və İsfahandakı nüvə obyektlərinə zərbələr endirib.

XƏBƏR LENTİ
31 MAY 2026
Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Gözlənilməz qərar: UEFA "Turan Tovuz"u Konfrans Liqasından kənarlaşdırdı 00:50 Gəncə - Sankt-Peterburq uçuşları bərpa edildi 00:36 PSJ-nin Parisdəki azarkeşləri qələbəni bu cür "qeyd edirlər" - VİDEO 00:17 Nigeriyada vəba sürətlə yayılır: 3 mindən çox yoluxma var 23:46 Masazırın bir hissəsində işıq olmayacaq 23:15 Azərbaycan millisi atletika üzrə Avropa çempionatında uğurlu çıxış etdi 23:10 ABŞ və İran arasındakı gizli memorandumun DETALLARI məlum oldu 22:59 PSJ ikinci dəfə Çempionlar Liqasının qalibi oldu 20:07 Bütün Xəbərlər