Əkrəm İmamoğlu CHP-dən istefa verdi
İstanbul Böyükşəhər Bələdiyyəsinin vəzifəsindən azad edilərək həbs olunan sədri Əkrəm İmamoğlu 17 il üzv olduğu Cümhuriyyət Xalq Partiyasından (CHP) istefa verdiyini açıqlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
İmamoğlu "yeni bir yol"la irəliləyəcəyinin mesajını verib:
"17 illik Cümhuriyyət Xalq Partiyası üzvlüyümdən istefa verirəm. Bu qərar ölkəmizin gələcəyinə dair inandığım dəyərlərə və millətimizə qarşı daşıdığım məsuliyyətin bir nəticəsidir".