Əhməd Əl Şaraa BMT Baş Assambleyasında çıxış edəcək
Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa sentyabrda Birləşmiş Millətlər Təşkilatının (BMT) 80-ci Baş Assambleyasında çıxış edəcək.
TodayPress TV xəbər verir ki, bu barədə Suriya Xarici İşlər Nazirliyi məlumat verib.
Qeyd edək ki, Əl Şaraa 1967-ci ildən bəri BMT Baş Assambleyasında çıxış edən ilk Suriya prezidenti olacaq.
Aysel Mətləb