Əhalinin nominal gəlirləri 7%-dən çox artdı
2025-ci ilin yanvar-avqust aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,4 faiz artaraq 57 milyard 939,3 milyon manata bərabər olub.
TodayPress TV bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Qeyd edilib ki, əhalinin hər nəfərinə düşən nominal gəlirlər orta hesabla 5 659,6 manat olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 7% çoxdur.