Sükan arxasında yuxuya gedən şəxs yük maşını ilə toqquşdu - DƏHŞƏTLİ QƏZA

Sükan arxasında yuxuya gedən şəxs yük maşını ilə toqquşdu - DƏHŞƏTLİ QƏZA
17.07.2026 19:06 Hadisə

Tərtər rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi iki nəfərin həyatına son qoyub.

TodayPress TV xəbər verir ki, məlumata görə, minik avtomobilinin sürücüsü, 64 yaşlı Adil Əhmədov sükan arxasında yuxuya getdiyi üçün qarşı hərəkət zolağına çıxaraq yük avtomobili ilə toqquşub.

Qəza nəticəsində Adil Əhmədov və həyat yoldaşı Elza Əmirova hadisə yerində həyatını itirib.

Yük avtomobilinin sürücüsü Azim Əhmədov isə müxtəlif bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər