Bu qanun qapıdan keçə bilmədi - Polşa Prezidenti veto qoydu
Polşa Prezidenti Karol Navrotski ölkədə eynicinsli nikahların leqallaşdırılmasını nəzərdə tutan təşəbbüsə veto qoyub.
TodayPress TV xəbər verir ki, məlumata görə, dövlət başçısı qərarını Konstitusiyanın nikahı kişi və qadın arasında qurulan birlik kimi müəyyən edən müddəası ilə əsaslandırıb.
“Bu təşəbbüs nikah institutunun hüquqi əsaslarını başqa ad altında yenidən formalaşdırır. Konstitusiyanın təminatçısı kimi nikahın kişi və qadın arasında bağlanan birlik kimi xüsusi statusunun zəifləməsinə səbəb ola biləcək qərarla razılaşa bilmərəm”, - deyə Navrotski bildirib.
Prezident vurğulayıb ki, Konstitusiyanın 18-ci maddəsinə əsasən nikah kişi və qadın arasında qurulan birlikdir və Polşa Respublikası tərəfindən qorunur.
Kübra Musayeva