Səudiyyəyə uzanan əl Pakistana dəyəcək - XƏBƏRDARLIQ

Səudiyyəyə uzanan əl Pakistana dəyəcək - XƏBƏRDARLIQ
17.07.2026 19:52 Dünya

Pakistan rəsmiləri Səudiyyə Ərəbistanına qarşı həyata keçiriləcək hər hansı hücumun İslamabad tərəfindən birbaşa özünə qarşı edilmiş hücum kimi qiymətləndiriləcəyini bəyan ediblər.

TodayPress TV xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Məlumata görə, Pakistanı narahat edən əsas məqam birbaşa İran deyil, Yəməndə fəaliyyət göstərən husi hərəkatının gərginliyi daha da artıracaq mümkün addımlarıdır. İslamabad hesab edir ki, belə bir ssenari Pakistanın regional münaqişəyə cəlb olunmasına səbəb ola bilər.

Qeyd olunur ki, bölgədə artan gərginlik fonunda Pakistan vəziyyəti yaxından izləyir.

Kübra Musayeva

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər