Rusiyada taxıl yetişdi, yanacaq yetişmədi - YENİ BÖHRAN

Rusiyada taxıl yetişdi, yanacaq yetişmədi - YENİ BÖHRAN
17.07.2026 18:53 Dünya

Rusiyada fermerlər yanacaq qıtlığı və Azov dənizində gəmiçiliyə tətbiq olunan məhdudiyyətlər səbəbindən ciddi çətinliklərlə üzləşiblər.

TodayPress TV xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Bildirilib ki, Ukraynanın pilotsuz uçuş aparatlarının (PUA) Rusiya neft emalı zavodlarına endirdiyi zərbələr nəticəsində kənd təsərrüfatı texnikasının işləməsi üçün vacib olan dizel yanacağı qıtlığı yaranıb. Fermerlər yanacaq doldurmaq üçün saatlarla növbə gözlədiklərini, dizelin qiymətinin isə əhəmiyyətli dərəcədə bahalaşdığını bildiriblər.

Məlumata görə, dizelin bahalaşması nəticəsində fermerlər hər ton taxıldan təxminən 1000 rubl zərər edirlər. Azov dənizində gəmiçiliyə tətbiq edilən məhdudiyyətlər isə bu itkiləri faktiki olaraq ikiqat artırıb.

Qeyd olunur ki, fermerlər növbəti əkin işləri üçün yanacaq və gübrə ala bilmək məqsədilə məhsullarını tez bir zamanda satışa çıxarmağa çalışırlar. Reuters-in məlumatına görə, yaranmış vəziyyət Rusiyanın kənd təsərrüfatı sektoruna əlavə iqtisadi təzyiq yaradır.

Kübra Musayeva

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər