İranda ABŞ-yə məxsus pilotsuz uçuş aparatı vurulub - FOTO
İranın Rameşir şəhəri yaxınlığında ABŞ-yə məxsus RQ-11 pilotsuz uçuş aparatının vurulduğu bildirilir.
TodayPress TV xəbər verir ki, hadisə ilə bağlı ilkin məlumatlar yerli mənbələr tərəfindən yayılıb.
Məlumata görə, pilotsuz uçuş aparatı İran ərazisində hava hücumundan müdafiə vasitələri tərəfindən məhv edilib.