ABŞ hücumlarından sonra dağılan körpülərin FOTOLARI
ABŞ-nin İranın Hörmüzqan əyalətinə endirdiyi raket zərbələri nəticəsində Bəndər Abbas-Lar magistral yolunda və Bəndər Hamir şəhəri yaxınlığında yerləşən altı körpü zədələnib.
TodayPress TV xəbər verir ki, məlumata görə, zərbələr nəticəsində magistral yolda nəqliyyatın hərəkəti ciddi şəkildə pozulub. Hadisə ilə bağlı yayılan görüntülərdə körpülərin dağıldığı və ərazidə ciddi dağıntıların olduğu görünür.
Kübra Musayeva