Lökbatan istiqamətində sürücülərə XƏBƏRDARLIQ! Zəncirvari qəza hərəkəti iflic etdi
Bakının Qaradağ rayonu ərazisində, Lökbatan yolunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
TodayPress TV xəbər verir ki, ilkin məlumata görə, qəzaya 5-dən çox avtomobil cəlb olunub.
Hadisə nəticəsində yolun həmin hissəsində nəqliyyatın hərəkəti çətinləşib və uzun tıxac yaranıb.
Qəza zamanı xəsarət alanların olub-olmaması ilə bağlı hələlik rəsmi məlumat açıqlanmayıb. Faktla bağlı araşdırma aparılır.