Trampın yeni hədəf siyahısı üzə çıxdı - İranı nə gözləyir?
ABŞ Prezidenti Donald Tramp İran ərazisində yerləşən bir sıra strateji obyektlərə yeni hərbi zərbələrin endirilməsi imkanını nəzərdən keçirir.
TodayPress TV xəbər verir ki, bu barədə “Axios” nəşri mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, mümkün hədəflər sırasında İranın infrastruktur obyektləri, əlavə nüvə obyektləri, eləcə də “Pickaxe Mountain” kimi tanınan yeraltı kompleks yer alır.
Hələlik Ağ Ev tərəfindən bu məlumat rəsmi şəkildə təsdiqlənməyib.
Kübra Musayeva