Rusiyada yeniyetmə yanacaqdoldurma məntəqəsini yandırdı - VİDEO
Rusiyanın Sankt-Peterburq şəhərinin Kalininski rayonunda yanacaqdoldurma məntəqəsində yanğın baş verib.
TodayPress TV xəbər verir ki, ilkin məlumata görə, hadisəyə yeniyetmənin qəsdən yanğın törətməsi səbəb olub.
Hadisə yerinə yanğınsöndürənlər və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Yanğın söndürülüb, faktla bağlı araşdırma aparılır.
Yeniyetmənin bu əməli hansı səbəbdən törətdiyi hələlik açıqlanmayıb.
Kübra Musayeva