Türkiyə Ermənistana “kod qoydu”

Türkiyə Ermənistana “kod qoydu”
17.07.2026 18:25 Dünya

Türkiyənin Ticarət Nazirliyi Ankara ilə İrəvan arasında münasibətlərin normallaşması prosesi çərçivəsində gömrük sistemində Ermənistana məxsus rəsmi “077” ölkə kodunu tətbiq edib.

TodayPress TV xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.

Bildirilib ki, bundan sonra Ermənistanla üçüncü ölkələr üzərindən həyata keçirilən idxal, ixrac və tranzit əməliyyatlarının gömrük bəyannamələrində bu rəsmi ölkə kodundan istifadə etmək mümkün olacaq.

Bununla yanaşı, üçüncü ölkələr vasitəsilə daşınan yüklər üçün mənşə və ya son təyinat ölkəsi kimi “Ermənistan/Türkiyə” qeyd edilməsinə də imkan yaradılıb. Bu addım Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan növbəti addımlardan biri kimi qiymətləndirilir.

Kübra Musayeva

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər