Rusiya Ukraynanın limanlarını hədəf aldı

Rusiya Ukraynanın limanlarını hədəf aldı
17.07.2026 19:23 Dünya

Rusiya Müdafiə Nazirliyi Ukrayna limanlarında yerləşən beş yük gəmisinə zərbələr endirildiyini bəyan edib.

TodayPress TV xəbər verir ki, nazirliyin məlumatına görə, Odessa limanında yüksək dəqiqlikli hava bazalı silahlarla Ukrayna Silahlı Qüvvələri üçün nəzərdə tutulduğu iddia edilən yanacaq və sürtkü materialları anbarları da vurulub.

Rusiya hücumların hərbi hədəflərə qarşı həyata keçirildiyini bildirib.

Kübra Musayeva

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər