Əfqanıstanda silahlı şəxslər parkda insanlara atəş açdı- Ölənlər var

Əfqanıstanda silahlı şəxslər parkda insanlara atəş açdı- Ölənlər var
11.04.2026 03:00 Dünya

Əfqanıstanın Herat vilayətinin İnjil rayonunda naməlum silahlılar parkda olan şəxsləri hədəfə alıblar.

TodayPress TV xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin sözçüsü Əbdül Matin Kani açıqlama verib.

Hadisə şahidlərinin sözlərinə görə, hücum edənlər əvvəlcə kişiləri onların ailə üzvlərinin gözü qarşısında güllələyiblər. Qaçmağa cəhd edən qadınlar da atəşə tutulub, ölənlər arasında uşaqların da olduğu qeyd edilir.

Hadisə nəticəsində 7 nəfər həyatını itirib, 13 nəfər yaralanıb və yaralılardan bəzilərinin vəziyyəti ağırdır.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər