Əfqanıstanda internet xidməti bərpa olundu

Əfqanıstanda internet xidməti bərpa olundu
01.10.2025 17:43 Dünya

Əfqanıstanda internet xidməti yenidən fəaliyyətə başlayıb. Mənbələr ölkədə internetin artıq işlədiyini bildiriblər.

TodayPress TV xəbər verir ki, bu barədə "Tolo News" məlumat yayıb.

Xatırladaq ki, sentyabrın 29-da "Taliban" "əxlaqı qorumaq" məqsədilə internet xidmətini dayandırıb.

İnternetin kəsilməsi Kabil hava limanında və ölkənin şimal-qərb bölgələrində ciddi problemlərə səbəb olub. Bəzi sərnişinlər onlayn bilet təsdiqi, turizm agentlikləri ilə əlaqə və digər xidmətlərdən istifadə edə bilməyib.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər