Əfqanıstan sanksiyaların ləğvini tələb edir
Əfqanıstanın İqtisadiyyat Nazirliyi ölkəyə qarşı tətbiq edilən sanksiyaların ləğv olunması üçün beynəlxalq ictimaiyyətə müraciət edib.
TodayPress TV xəbər verir ki, bu barədə “Ariana News” məlumat yayıb.
Nazirliyin bəyanatında qeyd olunub ki, sanksiyaların davam etməsi ölkədə ticarət və investisiya mühitinə mənfi təsir göstərir, yoxsulluqla işsizliyin artmasına səbəb olur.
Qurumun sözçüsü Əbdülrəhman Xəbib bildirib ki, beynəlxalq ictimaiyyət humanitar məsələləri siyasiləşdirməməli və Kabula yardım göstərməyə davam etməlidir.
Qiymət Mahir