Əbu-Dabidə danışıqlar gələn həftə davam edə bilər

Əbu-Dabidə danışıqlar gələn həftə davam edə bilər
24.01.2026 18:45 Dünya

Ukrayna danışıqları gələn həftə Əbu-Dabidə davam edə bilər.

TodayPress TV "Axios"a istinadən xəbər verrir ki,   Ukrayna rəsmiləri ABŞ, Rusiya və Ukrayna arasında Əbu-Dabidə keçirilən danışıqların “müsbət” və “konstruktiv” olduğunu bildiriblər.

O əlavə edib ki, gələn həftə Əbu-Dabidə danışıqların yeni mərhələsi baş tuta bilər.

"TASS" agentliyi də  mənbələrinə istinadən bildirir ki, dialoq “yaxın günlərdə” bərpa oluna bilər.

Qeyd edək ki, BƏƏ-nin paytaxtında üç ölkənin nümayəndə heyətləri arasında iki günlük danışıqlar artıq başa çatıb.

Jalə Rövşən 

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər