Dünyada ilk! - iki ölkə arasında kanat yolu olacaq

Dünyada ilk! - iki ölkə arasında kanat yolu olacaq
10.08.2026 17:10 Dünya

Rusiya ilə Çin arasında dünyanın ilk beynəlxalq sərhədyanı kanat yolunun 2027-ci ilin mayında istifadəyə verilməsi planlaşdırılır.

TodayPress TV "TASS"a istinadən  xəbər verir ki, bu barədə “Arxitektory.rf” proqramının məzunu, Ərazi İnkişaf Mərkəzinin direktoru Pyotr Strelets Rusiya Prezidenti Vladimir Putinə məlumat verib.

Onun sözlərinə görə, Blaqoveşçenskdən Çinin Heyxey şəhərinə qədər uzanacaq kanat yolunun gələn ilin may ayında, AmurExpo forumu çərçivəsində açılması nəzərdə tutulur.

Strelets layihənin açılış qrafiki ilə bağlı Putinin sualını cavablandırarkən bildirib ki, hazırkı plana əsasən, obyekt məhz həmin tarixdə istifadəyə veriləcək.

Jalə Rövşən 

XƏBƏR LENTİ
10 AVQUST 2026
Bütün Xəbərlər