Dünya çempionatı: iki sərbəst güləşçimiz yarımfinala vəsiqə qazandı
Azərbaycanın iki sərbəst güləşçisi Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında yarımfinala vəsiqə qazanıb.
TodayPress TV xəbər verir ki, 57 kq çəki dərəcəsində yarışan İslam Bazarqanov 1/4 finalda yaponiyalı Yamato Oqavaya tam üstünlüklə (12:2) qalib gəlib.
Cəbrayıl Hacıyev (79 kq) isə eyni mərhələdə türkiyəli Okan Tahtacını 9:3 hesabı ilə üstələyib.
Ali Tsokayev (92 kq) 1/4 finalda amerikalı dünya çempionu Trent Hidleyə 1:5 hesabıyla məğlub olub.
Turan Bayramov (74) 1/8 finalda qazaxıstanlı Nurkoja Kaypanova 0:4 hesabıyla məğlub oldu.