BƏƏ Universitetlərdə niqabı qadağan edir? - VİDEO

BƏƏ Universitetlərdə niqabı qadağan edir? - VİDEO
31.10.2026 14:40 Dünya

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) bir sıra universitetlərində niqab taxan tələbələrin kampuslara girişinə məhdudiyyət qoyulduğu bildirilir. Qərar tələbələr və valideynlər arasında narazılığa səbəb olub.

TodayPress TV xəbər verir ki, “Al-Araby21” portalının məlumatına görə, məhdudiyyətlərin Zayed Universiteti və BƏƏ Universitetində (UAEU) tətbiq edildiyi iddia olunur.

Məlumata əsasən, universitet rəhbərlikləri təhlükəsizlik və daxili geyim qaydalarını əsas gətirərək niqab taxan tələbələrdən üzlərini açmağı tələb edirlər.

Bu tələblə razılaşmayan bəzi tələbələrin təhsillərini yarımçıq qoyaraq universitetdən ayrılmaq üçün sənədlərini geri götürdüyü bildirilir. Bir sıra valideynlər isə dini azadlıqların və təhsil hüququnun qorunması tələbi ilə ölkənin rəsmi qurumlarına müraciət ediblər.

Məsələ ilə bağlı BƏƏ Təhsil Nazirliyi və adıçəkilən universitetlərin rəhbərlikləri tərəfindən hələlik rəsmi açıqlama verilməyib.

Jalə Rövşən 

XƏBƏR LENTİ
31 OKTYABR 2026
Bütün Xəbərlər