Dövlət Departamenti Qəzza sakinləri üçün vizaları dayandırdı

Dövlət Departamenti Qəzza sakinləri üçün vizaları dayandırdı
17.08.2025 02:51 Dünya

ABŞ Dövlət Departamenti Qəzza sakinlərinə viza verilməsini dayandırıb.

TodayPress TV xəbər verir ki, bu barədə Dövlət Departamentinin "X" sosial şəbəkəsində yaydığı məlumatda bildirilib.

"Son günlər tibb və humanitar işçilər üçün az sayda müvəqqəti vizaların verilməsi məqsədilə istifadə olunan proses və üsulları tam və hərtərəfli nəzərdən keçirərkən qəzzalılar üçün bütün giriş vizaları dayandırılıb", - açıqlamada qeyd olunub.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər