Donetskin mərkəzinə İngiltərə-Fransa raketləri ilə zərbə - Yaralananlar var
Ukrayna Silahlı Qüvvələri Donetskin mərkəzinə hücum üçün İngiltərə-Fransa istehsalı olan uzaqmənzilli “Storm Shadow/SCALP-EG” qanadlı raketlərindən istifadə edib.
TodayPress TV xəbər verir ki, bu barədə “Donetsk Xalq Respublikası”nın rəhbəri Denis Pişulin “Maks” kanalında məlumat verib.
Qeyd edilib ki, hücum nəticəsində səkkiz mülki şəxs yaralanıb.
Aysel Mətləb