Dominikanda yağışlar səbəbindən 30 min nəfər təxliyə edildi

Dünya

14.04.2026 06:00

Dominikan Respublikasında artıq bir aydan çoxdur, intensiv yağan şiddətli yağışların fəsadları səbəbindən 30 minə yaxın insan öz evini tərk edib.

TodayPress TV "Reuters"ə istinadən xəbər verir ki, leysanlar üç nəfərin ölümünə səbəb olub.

"Hökumətin hazırda prioriteti həyatların xilas edilməsi, əmlakın mühafizəsi və infrastrukturun qorunub saxlanmasıdır", - deyə prezident Luis Abinaderin dəftərxanasının bəyanatında bildirilir.

Dövlət başçısı beş əyalətdə, eləcə də paytaxt Santo-Dominqoda fövqəladə vəziyyət elan edib.

Fövqəladə Əməliyyatlar Mərkəzinin aprelin 12-nə olan məlumatına görə, fəlakət zonalarından 30 500 nəfər təxliyə edilib, 14 yaşayış məntəqəsinin ətrafla əlaqəsi kəsilib, 6 100 evi su basıb, avtomagistrallar və körpülər zədələnib.

TodayPress TV

tag: Dominikan, Yağış, Ölüm, Təxliyə, todaypress.tv,