Dəməşqdə mikroavtobus partladı, ölənlər var

Dəməşqdə mikroavtobus partladı, ölənlər var
06.08.2026 21:52 Dünya

Suriyanın paytaxtı Dəməşqin Cəmərana qəsəbəsində mikroavtobusda baş verən partlayış nəticəsində azı yeddi nəfər yaralanıb.

TodayPress TV xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi "Al-Ikhbaria" telekanalına məlumat verib.

Nazirlikdən bildirilib ki, hazırda yaralıların sayı yeddiyə çatıb. Həkimlərin sözlərinə görə, həlak olanların qalıqları üzərində məhkəmə-tibbi ekspertiza aparılır. Ölənlərin dəqiq sayı isə hələlik açıqlanmayıb.

Məlumata görə, xəstəxanalar və təcili yardım şöbələri yüksək hazırlıq vəziyyətinə gətirilib.

İlkin məlumata əsasən, mikroavtobusda partlayıcı qurğu işə düşüb.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
06 AVQUST 2026
Bütün Xəbərlər