Dehlidə təhlükəsizlik qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirildi

Dünya

09.02.2026 13:12

Hindistanda məktəblərdə bomba təhdidləri səbəbindən təhlükəsizlik qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirilib.

TodayPress TV xəbər verir ki, bu barədə "The Times of India" qəzeti məlumat yayıb.

Məlumata görə, bir neçə məktəbə elektron poçt vasitəsilə bomba təhdidləri daxil olduqdan sonra Hindistan paytaxtında təhlükəsizlik qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirilib.

Təhsil müəssisələrindəki şagirdlər və işçilər təxliyə edilib. Hadisə yerinə polis bölmələri və bomba zərərsizləşdirmə mütəxəssisləri cəlb olunub, kinoloji dəstələr isə ərazini axtarır. Kibercinayətkarlıqla mübarizə əməkdaşları təhdid edən elektron poçtların mənbəyini araşdırır və bu həftə Yeni Dehlinin mərkəzindəki Hindistan Parlamentinin binasını bombalamaqla hədələyən şəxsi axtarırlar.

Xatırladaq ki, yanvar ayında da oxşar elektron poçt təhdidləri səbəbindən Dehlidəki məktəblərdə təhlükəsizlik artırılmış, lakin bunların əsassız  olduğu ortaya çıxmışdı.

Jalə Rövşən 

TodayPress TV

tag: Hindistan,Bomba ,Təhlükəsizlik qüvvələri ,Kibercinayətkarlıq,Todaypress.tv,