Danışıqların başlama saatı açıqlandı

Dünya

11.04.2026 12:05

İslamabadda İran-ABŞ danışıqları Bakı vaxtı ilə saat 16:00-dan sonra başlayacaq.

TodayPress TV  xəbər verir ki, bu barədə “Al Hadath”  məlumat yayıb.

Artıq ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin rəhbərlik etdiyi nümayəndə heyəti danışıqlar üçün İslamabaddadır. Heyətə ABŞ prezidentinin xüsusi nümayəndələri Stiven Uitkoff və Cared Kuşner, Milli Təhlükəsizlik Şurası, Dövlət Departamenti və Müdafiə Nazirliyinin nümayəndələri daxildir.

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibafın rəhbərlik etdiyi Tehran nümayəndə heyəti də aprelin 10-da Pakistan paytaxtına gəlib. Nümayəndə heyəti Mərkəzi Bankın sədri Əbdülnasir Himəati, Müdafiə Şurasının katibi Əli Əkbər Əhmədiyan və xarici işlər naziri Abbas Əraqçidən ibarətdir.

Jalə Rövşən 

TodayPress TV


tag: İslamabad, İran-ABŞ,Danışıq ,Baqir Qalibaf,Ceyms Devid Vens,Todaypress.tv,