"Danışıqlar “nizamlı və konstruktiv şəkildə” davam edir" - Tramp

Dünya

24.05.2026 18:50

 İranla aparılan danışıqlar “nizamlı və konstruktiv şəkildə” davam edir.

ToddayPress TV xəbər verir ki  bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.

Onun sözlərinə görə, Vaşinqtonun nümayəndələrinə razılaşmanın imzalanması prosesində tələsməmək tapşırığı verilib.

Tramp qeyd edib ki, tərəflər arasında müzakirələr davam edir və yekun qərar üçün əlavə vaxt tələb olunur.

ABŞ prezidenti eyni zamanda vurğulayıb ki, uyğun razılaşma əldə olunana qədər ABŞ İrana qarşı dəniz blokadasını davam etdirəcək.

Kənan YUSİF

ToddayPress TV

tag: İran,ABŞ İran,İsrail,Hörmüz,Todaypress.tv,