Danışıqlar bitdi, Lavrov Zelenskiyə “od püskürdü”

Danışıqlar bitdi, Lavrov Zelenskiyə “od püskürdü”
11.11.2026 20:59 Dünya

Əbu-Dabidə keçirilən danışıqlar müsbət keçib, lakin Ukrayna Prezidenti Volodimir Zelenski öz oyununu oynayır.

TodayPress TV xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

O, üçtərəfli danışıqlar formatını ən məqsədəuyğun variant adlandırıb və görüş iştirakçılarının konkret məsələləri müzakirə etməyə kökləndiyini qeyd edib.

Lavrovun sözlərinə görə, tərəflərin danışıqlardan sonra verdiyi açıqlamalar ümumilikdə müsbət olub.

“Hazırda Zelenskini nəzərə almıram. O, daim öz oyununu oynayır”, – nazir vurğulayıb.

Lavrov əlavə edib ki, Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinskinin geri qayıtmasından sonra danışıqlarla bağlı ətraflı hesabat gözləyir.

Kübra Musayeva

XƏBƏR LENTİ
12 NOYABR 2026
Bütün Xəbərlər