Danimarka Qrenlandiya mübahisəsi səbəbindən ABŞ mallarını boykot edir

Dünya

23.01.2026 14:43

ABŞ Prezidenti Donald Trampın Danimarkanın ərazisi olan Qrenlandiyanı əldə etmək barədə son açıqlamalarına cavab olaraq danimarkalılar Amerika mallarını boykot etmək istəyirlər.

TodayPress TV  xəbər verir ki, bu barədə “Euronews” məlumat verib.

Bildirilib ki, Danimarkada alıcılar Amerika istehsalı olan məhsulları müəyyən etməyə və yerli alternativlər təklif etməyə kömək edən iki mobil tətbiqdən fəal şəkildə istifadə edirlər. Bu onları ölkənin tətbiq reytinqində ən yüksək pillələrə qaldırır.

Məlumata görə, onlardan biri, “UdenUSA” adlanır. Tətbiq hazırda sürətlə reytinqlərdə yüksəlir və “App Store”da “ChatGPT”ni geridə qoyaraq ölkədə ən çox yüklənən tətbiqdir.

Nəşr qeyd edib ki, tətbiq məhsulların mənşə ölkəsini tapmaq üçün onları skan etməyə, ABŞ-yə başqa ölkələrdən alternativlər tapmağa imkan verir.

Aysel Mətləb

TodayPress TV 

tag: ABŞ ,Danimarka,Qrenlandiya,Boykot,Todaypress.tv,