Danimarka İsveçdən pilotsuz uçuş aparatını qəbul etdi

Danimarka İsveçdən pilotsuz uçuş aparatını qəbul etdi
27.09.2025 14:06 Dünya

Danimarka İsveçdən əks-dron avadanlıqları qəbul edib.

TodayPress TV xəbər verir ki, bu barədə “TV2” Müdafiə Nazirliyinin bəyanatına istinadən xəbər verib.

"Danimarka gələn həftə Kopenhagendə  keçiriləcək Aİ sammiti üçün İsveçin əks-dron sistemləri ilə təmin edilməsi təklifini qəbul edir ", - bəyanatda deyilir.

Qeyd edək ki, sentyabrın 23-də hava limanı yaxınlığında bir neçə pilotsuz təyyarə aşkar edildikdən sonra Danimarka hakimiyyəti Kopenhagen hava limanında fəaliyyətini dayandırıb. Danimarka polisinin məlumatına görə, hava limanı üzərində iki ilə dörd arasında "böyük" pilotsuz uçan aparat görüntülənib.

Daha əvvəl bildirilmişdi ki, Danimarkada infrastruktur sahiblərinə pilotsuz təyyarələri vurmağa icazə verilə bilər.

Orxan Saffari

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər