Danimarka Baş naziri: “Tramp Qrenlandiya planından imtina etməyib”
Dünya
14.02.2026 21:00
Danimarkanın Baş naziri Mette Frederiksen ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanı ABŞ-nin nəzarətinə keçirmək niyyətindən imtina etmədiyini düşünür.
TodayPress TV xəbər verir ki, bu barədə Baş nazir Münxen Təhlükəsizlik Konfransında çıxışı zamanı məlumat verib.
Onun fikrincə, Trampın istəyi dəyişməz olaraq qalır. O qeyd edib ki, ABŞ prezidenti Qrenlandiya üzərində nəzarətin qurulması məsələsində “çox ciddi” mövqe sərgiləyir.
Frederiksen əlavə edib ki, Arktikada təhlükəsizliyin gücləndirilməsi ilə bağlı müzakirələrə açıqdır, lakin bu təşəbbüslərin də müəyyən hədləri var. O, həmçinin xatırladıb ki, Qrenlandiya sakinləri ABŞ-yə birləşməyə qarşı olduqlarını bildiriblər.
Xatırladaq ki, daha əvvəl Donald Tramp Danimarkanın tərkibində olan və muxtar ərazi statusuna malik Qrenlandiyanın ABŞ-yə qoşulması ideyasını irəli sürüb. Bu isə həm Danimarka, həm də Qrenlandiya hakimiyyətinin etirazına səbəb olub.
Aysel Mətləb
tag: Danimarka,Frediksen,Qrenlandiya,ABŞ,Tramp,Todaypress.tv,
