Danimarka Avropada müharibə getdiyini bəyan etdi
Danimarkanın Baş naziri Mette Frederiksen Avropada hibrid müharibənin getdiyini bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Bildirilib ki, oktyabrın 1-də Kopenhagendə keçirilən Avropa liderlərinin qeyri-rəsmi sammitində Frederiksen NATO-ya müraciət edərək Rusiyanın Qərb ölkələri ilə qarşıdurmasında atdığı addımlara qarşı daha sərt cavab verməyə çağırıb.
Onun sözlərinə görə, bu addımlar Avropanı parçalamağa yönəlib.
Aysel Mətləb