Danimarka ABŞ-nin yüksək səviyyəli diplomatını XİN-ə çağırdı

Danimarka ABŞ-nin yüksək səviyyəli diplomatını XİN-ə çağırdı
27.08.2025 13:20 Dünya

Danimarka Xarici İşlər Nazirliyi, ən azı üç ABŞ vətəndaşının Qrenlandiyada təsir kampaniyası apardığına dair iddialar fonunda ABŞ-nin bu ölkədəki ən yüksək səviyyəli diplomatik nümayəndəsi olan müvəqqəti işlər vəkili Mark Srohu nazirliyə çağırıb.

TodayPress TV xəbər verir ki, bu barədə “DR” məlumat yayıb. 

Bildirilib ki, Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen məsələ ilə bağlı kanala açıqlama verib.

Rasmussen qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp və Ağ Ev ilə əlaqəsi olduğu bildirilən ən azı üç amerikalının Qrenlandiya ilə Danimarka arasında gərginlik yaratmağa çalışdığı iddiaları narahatlıq doğurub. Bu səbəbdən, ABŞ-nin Danimarkadakı müvəqqəti işlər vəkili Sroh Xarici İşlər Nazirliyinə çağırılıb.

“Danimarka Krallığının daxili işlərinə müdaxilə cəhdi, əlbəttə ki, qəbuledilməzdir”, - o deyib. 

Danimarka Təhlükəsizlik və Kəşfiyyat Xidməti də “DR” kanalına bildirib ki, Qrenlandiya müxtəlif xarici təsir kampaniyalarının hədəfindədir.

Məsələ ilə bağlı Ağ Evdən hələlik rəsmi açıqlama verilməyib. 

“ABŞ, Qrenlandiya xalqının öz gələcəyini müəyyən etmək hüququna hörmətlə yanaşır. ABŞ hökuməti Qrenlandiya vətəndaşlarının fəaliyyətlərinə nəzarət etmir”, - deyə ABŞ-nin Kopenhagadakı səfirliyi açıqlama yayıb. 

Xatırladaq ki, “DR” daha əvvəl yaydığı hesabatda, Donald Tramp və Ağ Ev ilə əlaqəsi olan üç amerikalının Qrenlandiyada təsir kampaniyaları həyata keçirdiyini, hətta Trampı dəstəkləyən Qrenlandiya vətəndaşlarının adlarının belə siyahıya alındığını iddia etmişdi.

Qiymət Mahir

XƏBƏR LENTİ
31 MAY 2026
Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Bütün Xəbərlər